Nizami Gəncəvinin Xəmsəsinin bir səhifəsi Bakıya necə gətirilib?
Birləşmiş Krallıqda yaşayan azərbaycanlıların Koordinasiya Şurasının əlaqələndiriciləri biri olan Fəridə Pənahova Nizami Gəncəvinin Xəmsəsinin 16-cı əsrə məxsus bir səhifəsinin Bakıya gətirilməsi ilə bağlı fikirlərini bölüşüb.
“Bu ilin may ayında Londonun məşhur Sothebys auksionunda Nizami Gəncəvinin Xəmsəsinin 16-cı əsrə məxsus bir səhifəsi hərraca çıxarıldı. Turan Qafarlı bu haqda facebookda paylaşım etdi. Belə bir əsəri mütləq Azərbaycana gətirmək lazım idi.
Bakıda idim deyə, auksionda iştirak etsəm də bankdan o məbləği keçirə bilməyəcəkdim. Dostlarla əlaqə saxladım. Onların arasında Əslən Güney Azərbaycandan olan, Londonda yaşayan iş adamı, Birləşmiş Krallıqda yaşayan azərbaycanlıların Koordinasiya Şurasının əlaqələndiriciləri biri olan Savaş Mərəndli heç düşünmədən kömək edəcəyini söylədi. Auksionda iştirak edib əsəri aldı. Daha sonra Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə rəsmi müraciət etdik. Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbəri Fuad Muradov auksion xərclərini qarşılayaraq əsərin çətin də olsa Azərbaycana göndərilməsini təmin etdi.
Bu bizim “Nizami ili”nə töhfəmiz oldu. Bu işdə bizə dəstək olan komitə sədri Fuad Muradov başda olmaqla, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları Səhlət Abbasova və Xəyalə Hüseynliyə, Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyeva ürəkdən təşəkkür edirik”.
[media=https://www.sothebys.com/en/buy/auction/2021/arts-of-the-islamic-world-india-including-fine-rugs-and-carpets/an-illustrated-and-illuminated-leaf-from-a-2?fbclid=IwAR2gj1gKIiIZ08PHa4w-DVmvNVnlWAqOBnYUHE3g--F7u8M8LCr-rAzV3jI]
Elnur Eltürk