Putinin 659 milyonluq “üzən sarayında” nələr var? – FOTOLAR

Putinin 659 milyonluq “üzən sarayında” nələr var? – FOTOLARPutinin 659 milyon dollarlıq superyaxtasının yeni görüntüləri yayılıb.

Britaniyanın “The Sun” xəbər verir ki, “Şəhrizad” adı verilən yaxta Rusiya Prezidenti Vladimir Putin üçün xüsusi olaraq hazırlanıb.

Dəbdəbəli mebellər, geniş divanlar və bahalı lampalarla bəzədilmiş yaxtada saysız-hesabsız hovuzlar, spa, sauna, teatr zalı, idman zalı, iki helikopter meydançası var.

Yaxtada diqqət çəkən əşyalardan biri də qızıl ilə örtülmüş tualet kağızı tutacağıdır.

“Üzən saray”ın tikintisində çalışan işçilərdən biri “The Sun” nəşrinə bildirib ki, yaxtadakı otaqların əksəriyyəti mərmər və qızılla bəzədilib: “Bu yaxta mini şəhərə bənzəyir. Hətta yaxtada xəstəxananın da olduğu deyilir. Rusların orta illik maaşları 6591 dollar olduğu halda, Putinin belə bir dəbdəbəli yaxtaya sahib olması ağlasığmaz bir şeydir”.





AzPolitika.info