Azərbaycanda Milli Qiymətləndirmə Standartları hazırlanacaq

Bu gün Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin növbəti iclası keçirilib.

AQC-dən verilən məlumata görə, iclasın gündəliyində bir neçə məsələ müzakirə olunub. İlk olaraq AQC sədri Vüqar Oruc tərəfindən Milli Qiymətləndirmə Standartlarının hazırlanması və Beynəlxalq Qiymətləndirmə Standartlarının son variantının tərcüməsi istiqamətində işlərin aparılması təklif edilib və bu barədə qərar qəbul olunub.

Bildirilib ki, mövcud beynəlxalq praktikadan istifadə etməklə Azərbaycan qanunvericiliyinə uyğun standartlar hazırlanmalıdır. Həmçinin bu işlərin həyata keçirilməsi üçün mütəxəssislərdən ibarət işçi heyətinin formalaşdırılması qərara alınıb.

Son dövrlər ixtisas imtahanlarının Dövlət İmtahan Mərkəzindən alınaraq başqa quruma verilməsi ilə bağlı “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanuna dəyişiklik təklifinə münasibət bildirən AQC İdarə Heyəti bu addımın imtahan prosesinin obyektivliyinə təhlükə yarada biləcəyi səbəbindən qəbuledilməz olduğunu vurğulayıb.

İclasda həmçinin AQC-nin Beynəlxalq Əlaqələr və Maliyyə Departamentlərinin yeni rəhbərləri müəyyən edilib. İdarə Heyətinin üzvlərinin yekdil qərarı ilə Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Asif Yusubov, Maliyyə Departamentinin rəhbəri isə Xətai Teymurov təsdiq olunub.

Sonda təşkilatın beynəlxalq əlaqələrinin genişləndirilməsi və cari məsələlər də müzakirə edilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər