ETX Malayziyanın Milli CERT-i ilə Anlaşma Memorandumu imzaladı

ETX Malayziyanın Milli CERT-i ilə Anlaşma Memorandumu imzaladıRəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) kibertəhlükəsizlik sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir. Bu məqsədlə ETX və Malayziyanın Milli CERT-i arasında onlayn formatda Anlaşma Memorandumu imzalanıb.

Sənəd kibertəhlükəsizlik sahəsində təcrübə və bilik mübadiləsini təşviq etmək, eləcə də bu istiqamətdə fəaliyyət göstərən mütəxəssislərin peşəkar inkişafına dəstək göstərmək məqsədi daşıyır.

Tərəflər, həmçinin informasiya təhlükəsizliyi insidentlərinin qarşısının alınması, birgə təlim və seminarların təşkili, qabaqcıl təcrübə və məlumat mübadiləsi, habelə yeni texnoloji həllər və innovativ yanaşmalar istiqamətlərində əməkdaşlıq edəcəklər.

Görüşdə tərəflər qeyd ediblər ki, bu sənəd informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində strateji tərəfdaşlığın genişləndirilməsi, həmçinin regional və qlobal təşəbbüslərdə qarşılıqlı dəstəyin gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər