star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Bağlanan 4 bank üzrə kompensasiyaların son verilmə tarixləri açıqlandı

Bağlanan 4 bank üzrə kompensasiyaların son verilmə tarixləri açıqlandıLəğv prosesində olan "Amrah Bank”, “AGBank”, “Atabank” və “NBC Bank” ASC-lərdə qorunan əmanətləri olan fiziki şəxslərə (sahibkarlar istisna olmaqla)
kompensasiya ödənilməsi müddəti mayın 8-də başa çatıb.

Bu barədə Əmanətlərin Sığortalanması Fondu xəbər verir.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 28 aprel 2020-ci il tarixli qərarı ilə "Atabank" və "Amrah Bank"ın, 12 may 2020-ci il tarixli qərarı ilə “NBC Bank” və “AGBank” ASC-nin lisenziyaları ləğv edilib. Bakı Apellyasiya Məhkəməsinin 30 aprel 2020-ci il tarixli qərarı ilə “Atabank” və “Amrahbank”, 14 may 2020-ci il tarixli qərarı ilə “NBC Bank” və “AGBank” müflis elan edilib, iflas proseduruna başlanılıb, həmin qərarla Fond ləğvedici təyin olunubş

Qorunan əmanətçilərə kompensasiyaların verilməsi barədə ilk bildiriş "Atabank" və "Amrahbank" üzrə 8 may 2020-ci il tarixdə, “NBC Bank” və “AGBank” üzrə isə 17 may 2020-ci il tarixdə KİV-də dərc edilib.

“Əmanətlərin sığortalanması haqqında” qanunu 28.3-cü maddəsinə əsasən Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.

Həmin Qanunun 28.4-cü maddəsində əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə bu qanunun 28.3-cü maddəsində göstərilən müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Lakin bundan asılı olmayaraq bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq beş il müddətində saxlanılır.

"Atabank" və "Amrahbank"ın qorunan əmanətçilərinə kompensasiyaların verilməsi və ya kompensasiya vəsaitləri ilə öhdəliklərinin əvəzləşdirilməsi 8 may 2025-ci il tarixdə, “NBC Bank” və “AGBank”da isə bu müddət 17 may 2025-ci tarixdə bitir. Həmin tarixdən sonra əmanətçilərdən müvafiq müraciətlər olmadığı təqdirdə məbləğ “Banklar haqqında” qanunun 82.1.8-ci maddəsinə əsasən sonuncu növbə üzrə təminatsız kreditor tələbi kimi qeydə alınacaq.

Qeyd edilən müddət və tarixləri nəzərə alaraq LPO “Amrahbank”, “AGBank”, “Atabank” və “NBC Bank”da bugünə qədər qorunan əmanətlər üzrə kompensasiya almayan şəxslərə onların vaxtında müraciət etməsini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlərlə birlikdə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 16 ünvanında yerləşən Əmanətlərin Sığortalanması Fonduna müraciət etmələri tövsiyə olunur.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər