star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

BƏƏ səfirindən Azərbaycandan olan investorlara dəvət

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Bakıdakı səfirliyinin həm-təşkilatçısı olduğu BINGHATTI ÖZBAHÇECİ İNVESTİSİYA ZİRVƏSİ keçirilib.

BƏƏ-nin Azərbaycandakı səfirliyindın Avrasiya.net-ə verilən məlumata görə, “Xəyallardan Qlobal Gələcəyə” İnvestisiya və İnnovasiya Platforması tədbirində çıxış edən səfir Mohammed Al Blooshi vurğulaylb ki, BƏƏ və Azərbaycan qarşılıqlı hörmət və ümumi baxış əsasında qurulan güclü və inkişaf edən tərəfdaşlığa sahibdir:

“Bu illər ərzində ikitərəfli əlaqələrimiz xüsusilə ticarət, enerji, infrastruktur və bərpa olunan enerji sahələrində əhəmiyyətli dərəcədə inkişaf etmişdir. Bu gün biz bu əməkdaşlığı daha da genişləndirmək, investisiya və iqtisadi artım üçün yeni perspektivlər açmaq üçün böyük imkanlara malik mühüm məqamdayıq”.

Səfir qeyd edib ki, 1971-ci ildə yarandığı gündən BƏƏ ərəb dünyasının iqtisadi paytaxtı kimi özünü təsdiq etmişdir. BƏƏ regionda həm regional, həm də qlobal miqyasda  investisiya və ticarət fəaliyyətinin ürəyi hesab olunur.

BƏƏ investisiya və ticarət üçün ideal yerdir. BƏƏ  dinamik mədəniyyət, Şərq-Qərb ticarət marşrutu boyunca geostrateji mövqe, investorlar üçün əlverişli qanunvericilik, sabit, təhlükəsiz mühit,  innovasiya sistemi, inteqrasiya olunmuş məlumat ekosistemləri və ultra müasir rəqəmsal infrastruktura malikdir.

İnfrastruktur keyfiyyətinə görə qlobal miqyasda 4-cü yerdə (Qlobal Rəqabətlilik Hesabatı 2023) olan BƏƏ regionda Makroiqtisadi Sabitlik üzrə birincidir.

BƏƏ insan kapitalının inkişafı, səhiyyə, sənaye istehsalı, logistika, qabaqcıl texnologiya və bərpa olunan enerji kimi əsas sənayelərin rolunu, telekommunikasiya, süni intellekt, kibertəhlükəsizlik, 3D çap, robototexnika və digər sektorlarda investisiya imkanlarını artırmaq üçün fəal şəkildə səylər göstərir.

Səfir Al Blooshi Azərbaycandan olan investorları BƏƏ-dəki bu investisiya imkanlarından yararlanmağa dəvət edib.  

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər