İqtisadi sahədə əməkdaşlıq

İqtisadi sahədə əməkdaşlıqSamir Baxşiyev
YAP Siyəzən rayon təşkilatının sədri

Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən çoxşaxəli xarici siyasətin məntiqi nəticəsidir ki, hazırda dövlətimizin dünyaya inteqrasiyası sürətlənmiş, dost və qardaş dövlətlərin siyahısı xeyli genişlənmişdir. Xarici siyasətimizdə son illərdə Cənub-Şərqi Avropa dövlətləri ilə qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi xüsusi yer tutmaqdadır. Bu baxımdan Azərbaycanla Şimali Makedoniya arasındakı mövcud əlaqələrin inkişafı və dərinləşməsi bu siyasətin nəticəsidir.

Məlumat üçün qeyd etməliyik ki, Azərbaycan kimi Şimali Makedoniya da öz müstəqilliyini ötən əsrin 90-cı illərinin əvvəlində əldə etmişdir. Ölkələrimiz arasında diplomatik münasibətlər isə 1995-ci ilin iyun ayından etibarən qurulmuş və bu istiqamətdə önəmli addımlar atılmışdır. Hazırda Azərbaycan Şimali Makedoniya ilə münasibətlərin inkişafına xüsusi əhəmiyyət verir və iki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələri əhatə etməkdədir. Xüsusilə dövlət başçısı səviyyəsində rəsmi səfərlər iki dövlət arasında münasibətlərin inkişafında mühüm rol oynayır.

Bildiyimiz kimi cari ilin mart ayının 11-də Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovanın ölkəmizə növbəti səfəri iki dövlət arasında mövcud olan çoxşaxəli münasibətləri daha da dərinləşdirmək baxımından mühüm əhəmiyyət kəsb edirdi. Səfər çərçivəsində dövlət başçıları səviyyəsində ikitərəfli görüşlər keçirilmiş və ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın gücləndirilməsi istiqamətində bir sıra sənədlər imzalanmışdır. Daha sonra mətbuata bəyanatlarla çıxış edən hər iki dövlətin başçısı mühüm mesajlar verdi.

Mərasimdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycanla Şimali Makedoniya arasında münasibətlərin inkişafından bəhs edərək vurğuladı ki, Azərbaycanla Şimali Makedoniya arasında son illərdə energetika sahəsində həyata keçirilən əməkdaşlıq mühüm əhəmiyyət daşıyır. Cənab Prezident çxışında xüsusi qeyd etmişdir ki, dünyanın mövcud geosiyasi fonunda enerji məsələsi ən aktual məsələlərdən birinə çevrilmişdir. Hazırda Avropada yaşanan enerji böhranından sonra etibarlı tərəfdaş olan Azərbaycanla əməkdaşlığa daha çox üstünlük verilir. Cənub Qaz Dəhlizinin işə düşməsi isə ölkəmizi Avropanın enerji təminatında mühüm tərəfdaşa çevirib. Sevindirici haldır ki, Azərbaycan hazırda 12 ölkəyə qaz tədarük edir və bu ölkələrin 10-u Avropa ölkəsidir. Bütün bunlar bir daha Azərbaycanın Avropanın enerji təminatında aparıcı rol oynadığının bariz sübutudur. Əminliklə deyə bilərik ki, dövlət başçımızın yürütdüyü müdrik və məqsədyönlü siyasətin nəticəsində Azərbaycan Avropanın enerji təminatında aparıcı rol oynayan lider dövlətə çevriləcəkdir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər