star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Qazaxıstan səfiri DGK sədri ilə görüşüb

Qazaxıstan səfiri DGK sədri ilə görüşübQazaxıstan Respublikasının Azərbaycandakı Səfiri Alim Bayel Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Sədri Şahin Bağırov ilə görüş keçirib.

Görüş zamanı tərəflər gömrük, nəqliyyat-logistika, ticarət-iqtisadi və digər sahələrdə ikitərəfli əməkdaşlığın cari vəziyyətini və perspektivlərini müzakirə ediblər.

Alim Bayel, xüsusilə, Qazaxıstan və Azərbaycan məhsullarının, eləcə də üçüncü ölkələrdən olan malların tranzitinin artmaqda davam etdiyini qeyd edib və bu tendensiyanın qorunub saxlanmasının vacibliyinə diqqət çəkib. Diplomat Qazaxıstan və Azərbaycan gömrük orqanlarının Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) çərçivəsində hər iki ölkə tərəfindən həyata keçirilən bir sıra iri infrastruktur və logistika layihələrinin inkişafında xüsusi rol oynadığını vurğulayıb.

Öz növbəsində, Şahin Bağırov Azərbaycan tərəfinin TBNM-in inkişafında böyük maraq olduğunu təsdiqləyib. O, mövcud geoiqtisadi şəraitdə Orta Dəhlizin təkcə Mərkəzi Asiya və Cənubi Qafqaz regionu üçün deyil, qlobal ticarət və nəqliyyat sistemləri üçün də getdikcə daha aktual olduğunu qeyd edib. Bu kontekstdə Ş. Bağırov Qazaxıstan və Azərbaycan gömrük strukturları arasında əməkdaşlığın genişləndirilməsinin böyük vacibliyini vurğulayıb, prosedurların sadələşdirilməsi, avtomatlaşdırılması və rəqəmsallaşdırılmasının əhəmiyyətini qeyd edib.

Tərəflər gömrük sahəsində ikitərəfli əlaqələrin cari vəziyyətini, bir sıra konkret məsələləri müzakirə edib və bu istiqamətdə əməkdaşlığın bundan sonrakı inkişafına dair fikir mübadiləsi aparıblar.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər