star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

"Xalq Bank” Bank Ekspertlər Şurasında təmsil olunacaq

"Xalq Bank” Bank Ekspertlər Şurasında təmsil olunacaqAzərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) Bank Ekspertlər Şurası ölkənin bank tarixində ilk dəfə vahid kriteriyalar (qiymətləndirmə şirkətlərinin seçilməsi meyarları) barədə təkliflər hazırlayacaq.

Avrasiya.net xəbər verir ki, AQC-nin Bank Ekspertlər Şurasının növbəti iclası keçirilib. İclasda AQC-nin müraciətinə cavab olaraq “Xalq Bank” ASC-dən təklif edilən nümayəndələrin Bank Ekspertlər Şurasına üzvlüyü təsdiqlənib. Belə ki, “Xalq Bank”ın Kredit İdarəsinin rəisi Ramal Ağalarov və idarənin rəis müavini Günel Davudova AQC-nin Bank Ekspertlər Şurasına üzv təsdiq ediliblər.

İclasda həmçinin, qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərin ixtisas imtahanlarında müvəffəqiyyət qazanmış bank nümayəndələrinin Qiymətləndiricilər Palatasına üzv olması ilə bağlı bir sıra məsələlər müzakirə edilib, onların üzvlüyü zamanı ortaya çıxan problemlərin həlli barədə Palataya müraciət edilməsi qərara alınıb. Eyni zamanda qiymətləndirmə şirkətlərinin Palata tərəfindən hazırlanan minimum xidməthaqqı cədvəli ilə bağlı təkliflər verilməsi qərarlaşdırılıb. Bundan əlavə, bankların qiymətləndirmə şirkətləri ilə əməkdaşlıq etməsi üçün vahid kriteriyaların hazırlanması üzrə İşçi Qrupu yaradılıb. Bu günə qədər banklar bu tələbləri fərqli qaydada tərtib etsə də, ilk dəfə AQC Bank Ekspertlər Şurasının təşəbbüsü ilə bütün bankların və AQC-nin birgə kriteriyalar sənədi hazırlanacaq. Bu sənəd Azərbaycan Qiymətləndiricilər Palatası və Azərbaycan Mərkəzi Bankına təqdim olunacaq.

Qeyd edək ki, AQC-nin tərkibində Bank Ekspertlər Şurası 2024-cü ilin sentyabr ayında yaradılıb. Şuranın üzvləri Azərbaycanda fəaliyyət göstərən 17 bank tərəfindən təklif edilmiş nümayəndələrdir. “Xalq Bank”ın da qoşulması ilə Şuraya üzv olan bankların sayı 17-ə çatdırılıb. Bank Ekspertlər Şurasının rəhbəri “Paşa Bank” ASC-nin nümayəndəsi Hikmət Sadıqovdur.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər