Bank Respublika AQC-nin Bank Ekspertlər Şurasına qoşulub

Bank Respublika AQC-nin Bank Ekspertlər Şurasına qoşulub“Bank Respublika” ASC Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) Bank Ekspertlər Şurasında təmsil olunmaq barədə qərar verib.

AQC-nin müraciətinə cavab olaraq “Bank Respublika” tərəfindən bankın Qiymətləndirmə şöbəsinin müdiri Fuad Abdullayev Bank Ekspertlər Şurasına üzv olmaq üçün təklif edilib. Bu barədə “Bank Respublika”dan göndərilən məktubda bildirilir:

“Ölkəmizdə qiymətləndirmə sahəsində peşəkarların bir araya gətirilməsi və bu sahənin inkişafına töhfə vermək məqsədilə atdığınız  addımları yüksək qiymətləndiririk. Bank Ekspertlər Şurasının yaradılması ilə bağlı təşəbbüsünüzü alqışlayır və bu sahədə əməkdaşlığın genişlənməsinin əhəmiyyətini anlayırıq”. 

Fuad Abdullayev AQC sədri Vüqar Oruc tərəfindən Bank Ekspertlər Şurasının üzvlüyünə təyin edilib. 

Qeyd edək ki, AQC-nin tərkibində Bank Ekspertlər Şurası 2024-cü ilin sentyabr ayında yaradılıb. Şuranın üzvləri Azərbaycanda fəaliyyət göstərən 15 bank tərəfindən təklif edilmiş nümayəndələrdir. “Bank Respublika” ASC-nin də qoşulması ilə Şuraya üzv olan bankların sayı 16-a çatdırılıb. Bank Ekspertlər Şurasının rəhbəri “Paşa Bank” ASC-nin nümayəndəsi Hikmət Sadıqovdur.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər