Sizin Reklam Burada

Azərbaycanda bank kartlarının sayı 19 milyonu ötüb

Azərbaycanda bank kartlarının sayı 19 milyonu ötüb2024-cü ilin 1 noyabr tarixinə Azərbaycanda banklar və “Azərpoçt” sistemləri üzrə dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 238 min ədəd artaraq 19 milyon 162 min ədəd təşkil edib.

Azərbaycan Mərkəzi Bankının(AMB) məlumatına görə, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 18.2% artıb. Ödəniş kartlarında artım debet kartları üzrə 20.5%, kredit kartları üzrə 3.5% təşkil edib. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərmişdir. Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1.5 dəfə artmışdır. 2024-ci ilin oktyabr ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 7,506 mln. manat təşkil etmişdir. Həyata keçirilən nağdsız ödənişlərin 6,359 mln. manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1,139 mln. manatı POS-terminallar, 7.2 mln. manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 63.8%-ni təşkil edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər