Sizin Reklam Burada

"Səba" Broyler fabriki bağlandı

"Səba" Broyler fabriki bağlandı28 oktyabr 2024-cü il tarixinə təyin edilmiş "Səba" Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbədənkənar ümumi yığıncağının gündəliyinə dəyişikliklər edilib.

Avrasiya.net “APA”ya istinadən xəbər verir ki, növbədənkənar ümumi yığıncağının gündəliyinə aşağıdakı məsələlərin müzakirəsi daxil edilib.

1. "Səba"ASC-nin ləğv edilməsi, ləğvetmə komissiyası (təsviyəçi), qanunvericilikdə nəzərdə tutulmuş qaydada ləğvetmənin başa çatdırılması və ləğvetmədən sonra onun aktivlərinin səhmdarlar arasında bölüşdürülməsi barədə.

2. "Səba" ASC-nin Direktorlar Şurası barədə.

3. "Səba" ASC-nin tək təsisçiliyi ilə yaradılmış törəmə cəmiyyət "Chicken Pro." MMC-yə kredit öhdəliyinin ötürülməsinə dair əqd barədə.

4. "Səba" ASC-nin tək təsisçiliyi ilə yaradılmış törəmə cəmiyyət "Chicken Pro." MMC-yə məxsus əmlakın ipoteka ilə yüklü edilməsinə dair əqd barədə.

5. "Səba" ASC-nin tək təsisçiliyi ilə yaradılmış törəmə cəmiyyət "Chicken Pro." MMC-nin nizamnamə kapitalındakı "Səba" ASC-yə məxsus payların satılmasına dair əqd barədə.

6. "Səba" ASC-nin tək təsisçiliyi ilə yaradılmış törəmə cəmiyyət "Qarabağ Taxıl" MMC-nin birgə təsisçiliyi ilə yaradılmış "Qarabağ Toxum" MMC-nin nizamnamə kapitalındakı "Qarabağ Taxıl" MMC-yə məxsus payların satılmasına dair əqd barədə.

7. "Səba" ASC-nin törəmə cəmiyyəti olan "Qarabağ Taxıl" MMC-nin ötən illərin yığılmış mənfəətinə əsasən dividendlərin elan edilməsi barədə.

8. "Səba" ASC-nin əvvəllər emissiya edilib yerləşdirilmiş və geri alınmış səhmləri barədə.

9. "Səba"ASC-nin və onun törəmə cəmiyyətləri olan "Qarabağ Taxıl" MMC-nin, "Biləsuvar Aqro" MMC-nin mövcud olan kreditor öhdəliklərini icra etmək və cari təsərrüfat fəaliyyətlərinin maliyyələşdirilməsini təmin etmək məqsədilə "Qarabağ Taxıl" MMC-nin mülkiyyətində olan Kürdəmir və Ağsu rayonlarının ərazilərində yerləşən torpaq sahələrindən ibarət daşınmaz əmlaklarının və həmin sahələrdə mövcud olan "Pivot" tipli suvarma sistemlərindən ibarət əsas vəsaitlərinin satılması barədə.

10. "Səba" ASC-nin birgə təsisçiliyi ilə yaradılmış "Biləsuvar Aqro" MMC-nin nizamnamə kapitalındakı payların satılması barədə.

11. "Səba" ASC-nin nizamnamə kapitalındakı minoritar səhmdarlara məxsus səhmlərin geri alınması barədə.

12. "Səba" ASC-nin Nizamnaməsinin yeni redaksiyası barədə.

Qeyd edək ki, hazırda "Səba" şirkətinin aktivlərinə “Chicken Pro.” nəzarət edir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər