Azərbaycanın bank sektorunun xalis mənfəəti 4 % artıb
Dərc olunub:
22-08-2024, 11:57
Azərbaycanın bank sektoru bu ilin yanvar-iyul aylarında 682,8 milyon manat xalis mənfəət əldə edib.
Avrasiya.net Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,2 % çoxdur.
7 ay ərzində bankların əməliyyat gəlirləri 3 milyard 241,4 milyon manat (1 il əvvələ nisbətən 19,4 % çox), əməliyyat xərcləri 2 milyard 200,5 milyon manat (25,8 % çox), xüsusi ehtiyatlara ayırmaları 207 milyon manat (41,1 % çox), gözlənilməz gəlirləri 2,4 milyon manat (6 dəfə çox), mənfəət vergisi ödəmələri isə 153,4 milyon manat (6,1 % az) təşkil edib.