Büdcədə əsas prioritet xərclər açıqlandı
Dərc olunub:
1-12-2023, 11:40
Büdcədə əsas prioritet xərclərin istiqamətləri açıqlanıb.
Avrasiya.net xəbər verir ki, bu barədə Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Maliyyə naziri Samir Şərifov danışıb.
“Büdcə layihəsində əsas prioritet xərc istiqamətləri Böyük Qayıdışın maliyyələşdirməsi, ölkənin müdafiə və təhlükəsizliyinin gücləndirilməsi, sərhədlərimiz bərpası və onun daha da gücləndirilməsidir. Bunlar bizim öncül prioritetlərimizdir”, - o bildirib.