Sizin Reklam Burada

Bank sektoruna və manata inam artıb - Baş bankir

Bank sektoruna və manata inam artıb - Baş bankirBank sektoruna və manata inam artıb. Cari ilin 9 ayında milli valyutada əhalinin əmanətləri 15,6 % və ya 1,1 milyard manat artaraq 8 milyard manat təşkil edib.

Avrasiya.net xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında dövlət büdcəsinin müzakirəsi zaman Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.

O qeyd edib ki, bank sektorunun dayanıqlılığı diqqətdə saxlanılır.

“Hazırda sektorda kapital mövqeyi minimum tələbi iki dəfə üstələyir. Sahibkarların maliyyə imkanlarına çıxışı genişləndirilir. 9 ayda kredit portfelimiz 14 %, biznes kreditləri isə 11 % artıb. Biznes kreditləri ümumi kredit portfelinin 54 %-ni təşkil edir. Valyuta kreditlərinin payı 19 %-a enib, bu da tarixi minimumdur. Kredit portfelinin keyfiyyəti qənaətbəxşdir. Qeyri-işlək kredit portfeli 3,5 % səviyyəsinə enib”, - deyə T.Kazımov vurğulayıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin gəlirləri 34 173 000,0 min manat, xərcləri 36 763 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 33 399 895,0 min manat, yerli gəlirləri 773 105,0 min manat, mərkəzləşdirilmiş xərcləri 35 980 547,0 min manat, yerli xərcləri 782 453,0 min manat) məbləğində nəzərdə tutulur.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər