Sizin Reklam Burada

KOBİA ötən ili mənfəətlə başa vurub

KOBİA ötən ili mənfəətlə başa vurubİqtisadiyyat Nazirliyinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) 2022-ci ili 2,9 milyon manat mənfəətlə başa vurub.

Avrasiya.net Agentliyin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 6,3 dəfə azdır.

Ötən il KOBİA-nın əməliyyat gəlirləri 46,574 milyon manat (əvvəlki ilə nisbətən 48,,2 % çox), digər gəlirləri isə 2,9 milyon manat (3,4 dəfə az) təşkil edib. Hesabat dövründə Agentliyin xərcləri isə 46,574 milyon manat (illik müqayisədə 2 dəfə çox), o cümlədən istifadə etdiyi materialların dəyəri 854 min manat (91,9 % çox), işçi heyəti üzrə xərcləri 11,007 milyon manat (9,7 % çox), amortizasiya xərcləri 768 min manat (16,2 % çox), digər əməliyyat xərcləri 33,943 milyon manat (2,8 dəfə çox), sair əməliyyat xərcləri isə 1 min manat (6,6 dəfə az) təşkil edib.

Bu il yanvarın 1-nə KOBİA-nın aktivləri 47,613 milyon manat olub ki, bu da illik müqayisədə 32,3 % çoxdur. Hesabat dövründə Agentliyin öhdəlikləri 2,4 dəfə azalaraq 17,874 milyon manata düşüb, balans kapitalı isə 10,8% artaraq 29,739 milyon manata çatıb.

Xatırladaq ki, KOBİA ölkə prezidentinin 28 dekabr 2017-ci il tarixli fərmanı ilə yaradılıb, dövlət başçısının 26 iyun 2018-ci il tarixli fərmanı ilə Agentliyin nizamnaməsi və strukturu təsdiq edilib. Onun nizamnamə kapitalı 10,126 milyon manatdır. Qurum ölkədə kiçik və orta biznesin (KOB) inkişafını dəstəkləyən, KOB subyektlərinə bir sıra xidmətlər göstərən, dövlət orqanlarının bu sahədə xidmətlərinin əlaqələndirilməsini və tənzimlənməsini həyata keçirən publik hüquqi şəxsdir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər