Sizin Reklam Burada

“Krediti ödədikdən sonra sənədləri tullamayın, yoxsa 3 ildən sonra...” – Ekspertdən AÇIQLAMA

“Krediti ödədikdən sonra sənədləri tullamayın, yoxsa 3 ildən sonra...” – Ekspertdən AÇIQLAMA“Banka borcunuzu ödədikdən sonra 3 il (bankın sizə qarşı iddia müddəti) ötsə belə, ödəniş sənədlərini tullamayın və ya bankdan sizə qarşı tələbin olmaması (borcunuzun bağlandığı) barədə arayış alın”.

Avrasiya.net xəbər verir ki, bunu bank sahəsi üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov bildirib.

Ə.Həsənov tövsiyə edir ki, krediti bağladıqdan sonra “ASAN xidmət” mərkəzlərindən birinə gedib, kredit bürosundan kredit tarixçəsini yoxlayın. Onun sözlərinə görə tarixçəyə baxmaqla banka ödədiyiniz kreditin borcun bağlanmasına yönəldilib-yönəldilmədiyini öyrənə bilərsiniz:

“Bunu niyə etmək lazımdır? Çünki ölkəmizdə elə şeylər baş verir ki, təəccüblənməyə də güc qalmır. Məsələn, bir də gördünüz ki, sizi hüquq-mühafizə orqanına çağırıb dedilər ki, 10 il əvvəl filan banka borcunuz olub, ödəməmisiz. Siz də cavab verirsiniz ki, ödəmişəm. Müstəntiq təsdiqedici sənəd tələb edir. Deyirsiz ki, sənədi atmışam, bankın tələbi var idisə, 3 il ərzində məhkəməyə müraciət edə bilərdi. Müstəntiq də deyir ki, xeyr, ödəməmisiz, sənədiniz də yoxdur, bank da ona görə iddia qaldırmayıb ki, onun hansısa işçisi ilə sövdələşmisiz, "şapka" vermisiz və s. Ya borcu ödəyin, ya da barənizdə cinayət işi açılacaq...”

Ekspert bu cür arzuedilməz hallarla üzləşməmək üçün krediti bağladıqdan sonra arayış əldə edilməsinin vacib olduğunu bildirib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər