Sizin Reklam Burada

Əhməd Vəliyev “Muğan Bank”ı övladlarına verdi

Əhməd Vəliyev “Muğan Bank”ı övladlarına verdiMuğan Bank ASC-yə 2 yeni səhmdar gəlib.

Avrasiya.net Report-a istinadən xəbər verir k ki, bunlar, keçmiş deputat, Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyevin oğulları - Samir və Munir Vəliyevlərdir.

Onların hər biri Bankda 40% pay əldə edib.

Əvəzində digər səhmdarların payı azalıb. Belə ki, "Muğan Bank"ın Müşahidə Şurasının üzvü Elmir Mehdiyevin payı 67,74%-dən 0,78%-ə, Fəridə Mehdiyevanın payı 21,61%-dən 10,89%-ə, Ə.Vəliyevin qızı Vəfa Vəliyevanın payı isə 10,65%-dən 8,33%-ə düşüb.

Beləliklə, Vəliyevlərin Bankdakı payı 10,65%-dən 88,33%-ə, Mehdiyevlərin payı isə 89,35%-dən 11,67%-ə dəyişib.

Xatırladaq ki, “Muğan Bank” 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 137,5 milyon manatdır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər