star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Talıbovlar bankı təhvil verərkən neçə milyon götürüb?

Talıbovlar bankı təhvil verərkən neçə milyon götürüb?Ölkədə yeganə regional bank olan “Naxçıvan Bank” ASC-nin Vasif Talıbovun ailəsinə məxsus olduğu qeyri-rəsmi olaraq bilinsə də, bank qanunvericiliyin müvafiq maddəsini pozaraq mülkiyyətçilərini gizli saxlayırdı.

Yalnıız bankın 2022-ci il üzrə hesabatında onun səhmdarları açıqlanıb.

Məlum olub ki, 31 dekabr 2022 və 2021-ci illər tarixinə bankın səhmləri Talıbovlar ailəsindən 4 nəfərə aid olub.

Hesabata əsasən bankda Vasif Talıbovun oğulları Rza Talıbovun 63,66 %, Seymur Talıbovun 20,48 %, qızı Talıbova Baharxanım 9,82 %, Talıbovun nəvəsi Sultanova Sevil Rza qızının isə 6,04 % səhmi olub.

Hesabatda, həmçinin göstərilir ki, artıq 2023-cü ilin fevralın 1-dən Talıbovlar ailəsi bankın sahibliyini tərk ediblər və 14 milyon 59 min manat dividendlərini götürə biliblər.

Bankın səhmlərinin yeni mülkiyyətçiləri isə Hüseyn Məmmədov Yaşar oğlu (63,66 %), Rüfət Məmmədov Əhədağa oğlu (26,52 %) və Binnət Novruzov Yasin oğludur (9,82 %).

Xatırladaq ki, “Naxçıvan Bank” 2008-ci ildə yaradılıb. Bankın ölkədə 7 filialı və 1 şöbəsi fəaliyyət göstərir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər