Sizin Reklam Burada

"Avropanın artan tələbatını ödəmək üçün Azərbaycan gərgin çalışır"

"Avropanın artan tələbatını ödəmək üçün Azərbaycan gərgin çalışır"Dünyada böyük nüfuza malik olan Davos Dünya İqtisadi Forumuna dövlətimizin başçısı İlham Əliyev cənablarının dəvət olunması və forum çərçivəsində bir sıra mühüm əhəmiyyətə malik görüş və iclaslarda iştirakı Azərbaycana və onun rəhbərinə olan hörmət və ehtiramın bariz sübutu idi. Ölkəmizin təkcə Cənubi Qafqazda deyil, beynəlxalq diplomatiyada oynadığı rolu, xüsusilə son illərdə enerji təminatında Azərbaycanın mövqeyinin artması bütün dövlətlərin diqqətini ölkəmizə yönəldir.

Qeyd etməliyik ki, Davosda hər il keçirilən Dünya İqtisadi Forumu özlüyündə iqtisadi tədbir olsa da, aradan keçən müddət onu göstərir ki, Forumda iqtisadi məsələlərlə yanaşı, dünyanın geosiyasi vəziyyətindən irəli gələn digər məsələlər də müzakirə edilir. Məhz bunun nəticəsidir ki, keçirilən son Forum “Parçalanmış dünyada əməkdaşlıq” devizi altında keçirildi. Xüsusi olaraq qeyd etməliyik ki, bu gün dünyanın birləşməyə, birgə əməkdaşlıq etməyə daha çox ehtiyacı vardır. Çünki hazırda Rusiya-Ukrayna müharibəsi fonunda biz faktiki III Dünya müharibəsinə şahidlik edirik. Bir ilə yaxındır ki, davam edən bu müharibə dünyanı siyasi, iqtisadi və sosial cəhətdən ağır vəziyyətə salmaqdadır. Bütün bunların nəticəsi olarq Davosda keçirilən Forumun “Parçalanmış dünyada əməkdaşlıq” adı altında keçirilməsi heç də təsadüfü deyil.

Qeyd etməliyik ki, mövcud geosiyasi vəziyət yeni reallıqların və yeni düzənin formalaşmasına təkan verir. Davos Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclası yeni yaranmış reallıqların təhlili və gələcək istiqamətlərini müəyyən etmək baxımından böyük əhəmiyyət kəsb edirdi. Son vaxtlarda Orta Dəhlizin reallığa çevrilməsi istiqamətində ciddi müzakirələr və qarşılıqlı əməkdaşlıq imkanları meydana çıxmaqdadır. Yanvar ayının 19-da keçirilən iclasda iştirak edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Orta Dəhlizin istər ölkəmiz, istərsə də dünya üçün böyük əhəmiyyət daşıdığını vurğulamış və qeyd etmişdir ki, reallaşacaq bu dəhliz eyni zamanda özündə dövlətlərarası səmimi əməkdaşlığın daha da möhkəmlənməsini ehtiva edir. Belə ki, bu nəhəng layihədə iştirak edən dövlətlər arasında mövcud münasibətlər olduqca yaxşıdır və bu münasibətlər bu layihənin üstünlüklərindən biridir. Çünki istənilən layihənin uğurlu icrası üçün ən vacib şərtlərdən biri qarşılıqlı münasibətlərin səviyyəsidir. Qeyd etməliyik ki, Orta Dəhliz enerji ilə yanaşı yükdaşımaların da həcminin armasına, eyni zamanda ticarət əlaqələrinin genişlənməsinə töhfə verəcəkdir. Bu baxımdan Azərbaycan hazırda zəruri infrastruktur layihələrini uğurla reallaşdırmaqdadır.

Rusiya-Ukrayna müharibənin başlanması və mövcud geosiyasi vəziyyət Avropanın enerji təminatında bir sıra problemlərin ortaya çıxması ilə nəticələnmişdir. Bununla yanaşı Şimal Dəhlizinin əhəmiyyətini itirməsi səbəbindən bütün diqqət hazırda Orta Dəhlizə çevrilmiş vəziyyətdədir. Enerji təhlükəsizliyinin təminatı istiqamətində ənənəvi bazardan imtina edən Avropa üçün Azərbaycan mühüm tərəfdaşa çevrilməkdədir. Cənab Prezident məhz bununla bağlı danışarkən qeyd etdi ki, təbii qazla bağlı Avropa Komissiyasından müraciət daxil olan kimi biz dərhal müxtəlif istiqamətlər üzrə işləməyə başladıq və biz Avropa istehlakçılarının artan tələbatını ödəmək üçün həqiqətən gərgin çalışır və mümkün olan bütün variantlardan istifadə edirik. İnanırıq ki, dövlət başçımızın yürütdüyü müdrik və məqsədyönlü siyasətin nəticəsində Azərbaycan Avropanın enerji təminatında aparıcı rol oynayan lider dövlətə çevriləcəkdir.

Samir Baxşiyev
YAP Siyəzən rayon təşkilatının sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər