Füzuli Musayev Müdafiə Nazirliyi komandasını təhqir etdi

Kişi voleybolu üzrə Azərbaycan Yüksək Liqasının VII turunun "Ordu" ilə matçında "Xilasedici" komandasına texniki məğlubiyyət verilməsinin səbəbi bəlli olub.

Avrasiya.net Prosport.az-a istinadən xəbər verir ki, buna səbəb "Xilasedici" komandasının rəhbəri, Fövqəladə Hallar Nazirliyi İdman-Sağlamlıq Klubunun rəisi, polkovnik Füzuli Musayevin hakimləri və rəqib komandanın üzvlərini söyməsi olub.

Belə ki, hakimlərin "Çelenc"də qərarları "Ordu"nun xeyrinə verməsi Füzuli Musayevi özündən çıxarıb. O, hakimləri söyüb. Daha sonra o, "bizim meydanımızda oynayırlar, bizə qarşı haqsızlıq olunur" ("Ordu" Hövsandakı FHN-ə məxsus arenada ev oyunlarını keçirir – red.) deyib rəqib komandanın üzvlərinə təhqirlər yağdırıb. Bu səbəbdən də oyunun supervayzeri olan Zöhrab Gözəlbəyli 2-ci setin sonlarında matçı dayandırmalı olub.

Füzuli Musayevin Müdafiə Nazirliyinə məxsus "Ordu" komandasını təhqir etməsi isə yuxarı dairələrdə ciddi səs-küy yaradıb. Bu səbəbdən də ona FHN rəhbərliyi tərəfindən ciddi töhmətin veriləcəyi gözlənilir. Azərbaycan Voleybol Federasiyasının İntizam Komissiyası isə hələ ki yalnız "Xilasedici"yə texniki məğlubiyyət verməklə kifayətlənib.

Qeyd edək ki, Füzuli Musayev həm də Azərbaycan Karate Federasiyasının vitse-prezidentidir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər