Mərakeş millisi Ərəb Kubokunun qalibi oldu

Dünən Qətərin “Lusayl” stadionu futbol üzrə Ərəb Kuboku turnirinin final oyununa ev sahibliyi edib. Həlledici görüşdə Mərakeş və İordaniya milli komandaları üz-üzə gəliblər.

Avrasiya.net xəbər verir ki, qarşılaşmada ilk qolu 4-cü dəqiqədə Mərakeş yığmasının futbolçusu Ussama Tannane vurub. O, turnirin ən gözəl qollarından birinə imza atıb. Futbolçu uzaq məsafədən dəqiq zərbə ilə topu tora qovuşdurub. İordaniya seçməsi 48-ci və 68-ci dəqiqələrdə Ali Olvanın vurduğu qollarla hesabı öz xeyrinə dəyişib. Mərakeşli futbolçular əsas vaxtın başa çatmasına 3 dəqiqə qalmış Əbdürrazzaq Həmdallahın sayəsində hesabı bərabərləşdiriblər. Əsas vaxtda qalib müəyyənləşmədiyindən komandalar meydanda əlavə 30 dəqiqə mübarizə aparıblar. 100-cü dəqiqədə daha bir dəfə fərqlənən Həmdallah yekun hesabı müəyyənləşdirib – 3:2.

Beləliklə, Mərakeş millisi Ərəb Kubokunun qalibi olub.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər