"Azərbaycan kikboksinqi yenə dünyada zirvədədir”

"Azərbaycan kikboksinqi yenə dünyada zirvədədir”Abu-Dabidə keçirilən və 85 ölkədən 1637 idmançının iştirak etdiyi WAKO Dünya Çempionatında komandamızın qazandığı möhtəşəm nəticə bütün Azərbaycan idmanı üçün böyük qürur mənbəyidir.

Bu sözləri Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Azər Aslanov bildirib.

“İdmançılarımız yarışa 6 qızıl, 1 gümüş və 5 bürünc medal qazanaraq yekun vurdu və ölkəmizi dünya arenada ən layiqli şəkildə təmsil etdi. Bu uğur federasiya rəhbərliyinin strateji dəstəyinin, məşqçilərimizin fədakar əməyinin və idmançılarımızın yorulmaz əzmkarlığının bariz göstəricisidir.
Bizim üçün hər medal — zəhmətin, intizamın və professional yanaşmanın nəticəsidir. Qalibiyyət qazanan bütün idmançılarımızı, onların məşqçilərini və bu nailiyyətdə əməyi olan hər kəsi ürəkdən təbrik edirəm.

Azərbaycan kikboksinqi yenə dünyada zirvədədir və biz bu uğuru daha da irəli aparmaq üçün çalışmaqda davam edəcəyik!” - deyə A.Aslanov qeyd edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər