"Çaqayev" Bakıdakı idman zalını satdı

Məşhur azərbaycanlı idmançı, "Çaqayev" ləqəbi ilə tanınan Emin Babayevdən xəbər var.

"Unikal"ın əldə etdiyi məlumata görə, "Çaqayev" "Ağ Şəhər"də yerləşən idman zalını satıb. Xatırladaq ki, o, zalı 300 min manata satışa çıxarmışdı.

Emin Babayev saytımıza açıqlamasında bildirib ki, hazırda Rusiyanın paytaxtı Moskva şəhərindədir: "Burada ağır çəkili insanlar üçün ödənişsiz məşq proqramı təşkil etmişik. Onları Bakıya gətirəcəyik. Bakıda daha böyük bir idman zalı olacaq. Onu da qeyd edim ki, Azərbaycandan getmək fikrim yoxdur. Yaxın günlərdə ölkəyə qayıdacağam", - deyə o qeyd edib.

Xatırladaq ki, bir müddət əvvəl "Çaqayev"in Azərbaycanı tərk edəcəyinə dair iddialar səsləndirilirdi.








Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər