UEFA "Qarabağ"ın rəqibini cərimələdi

UEFA "Qarabağ"ın rəqibini cərimələdi"Qarabağ"ın UEFA Çempionlar Liqasının əsas mərhələsində üz-üzə gələcəyi Almaniyanın "Ayntraxt" (Frankfurt) klubu cərimələnib.

Bu barədə Avropa futbol qurumu qərar çıxarıb.

Buna Frankfurt təmsilçisinin evdə İngiltərənin "Liverpul" komandasına uduzduğu matçda yaşananlar səbəb olub.

Bundesliqa klubu ümumilikdə 39250 avro ödəməli olacaq. "Ayntraxt" sözügedən qarşılaşmada ictimai keçidlərin bağlanmasına görə 11000, pirotexniki vasitələrdən istifadəyə görə 10750, idman tədbirinə uyğun olmayan mesajların ötürülməsinə görə 17500 avro ziyana düşüb.

Qeyd edək ki, qarşılaşma Frankfurt klubunun 1:5 hesablı məğlubiyyəti ilə bitib. Almaniya komandası "Qarabağ"la 2026-cı il, yanvarın 21-də Bakıda üz-üzə gələcək.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər