“Qarabağ” Şahruddini uzun müddətlik itirdi
Dərc olunub:
18-11-2025, 15:22
“Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev 2-3 ay yaşıl meydanlardan uzaq qalacaq.
Bu barədə Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev mətlumat verib.
Onun sözlərinə görə, təcrübəli qolkiper sol bud çanağından zədələnib.
Qeyd edək ki, Şahrudin Məhəmmədəliyev Azərbaycan - Fransa matçında zədələnərək oyunu davam etdirə bilməmişdi.
Son xəbərlər
