Azərbaycan millisinin baş məşqçisi: "Komandadan razı deyiləm"
Azərbaycan millisinin baş məşqçisi Morteza Valdiravi badmintonçulatın qarışıq komanda yarışındakı çıxışından narazı qalıb.
Bunu mütəxəssis jurnalistlərə açıqlamasında deyib.
O, qarşıdakı yarışlarda badmintonçulatın istədiyi səviyyədə çıxış etmədiyini vurğulayıb:
"III MDB Oyunlarında iki komandamız çıxış edir. Biri gənc badmintonçulardan ibarətdir. Digəri nisbətən təcrübəsidir. Amma yenə də komandadan razı deyiləm. Təkli və qarışıq yarışlarda qələbə gözlədiyimiz idmançılar istədiyimiz nəticəni vermədi. Həmçinin Leyla dizindən zədələndi. Bu səbəbdən qarışıq komanda yarışında çıxış edə bilmədilər. Ümid edirəm ki bu gün Rusiyaya qarşı yaxşı çıxış edəcəklər".
"Düşünürəm ki, oğlanların təkli və qarışıq yarışlarında yüksək nəticə qazanmaq şanslarınızın daha çox olduğunu düşünürəm. Hazırda ən ciddi rəqibimiz Rusiyadır. Yarımfinala çıxan komandamızdan nəticə göstərəcəyinə inanıram"
Son xəbərlər
