Ramil Şeydayevin “Qarabağ”dakı qazancı məlum olub

Xəbər verdiyimiz kimi, yenidən "Qarabağ"a qayıdan futbolçu Ramil Şeydayev klublau 1 illik müqavilə imzalandı.

Millinin 29 yaşlı üzvü 77 nömrəli formanı geyinəcək.

Ramil 2017-2018 və 2021-2023-cü illərdə də “Qarabağ”da çıxış edib. O, burada 3 dəfə Azərbaycan çempionu olub, 1 dəfə ölkə kubokunu qazanıb. 2022/23 mövsümündə 22 qolla Premyer Liqanın bombardiri adına sahib olub.

Azərbaycan millisində keçirdiyi 69 oyunda 10 qol vuran forvard karyerası ərzində “Zenit”, “Rubin”, “Krılya Sovetov”, Moskva “Dinamo”su (hamısı Rusiya), “Trabzonspor”, “Kocaelispor” (hər ikisi Türkiyə), “Jilina” (Slovakiya), “Buriram Yunayted” (Tailand), ölkəmizdə isə “Sabah” və “Neftçi”də çıxış edib.

Ramil köhnə-yeni komandasına azad agent statusu ilə dönüb. Son 1 ildə şərəfini qoruduğu “Neftçi“dən 6 aylıq təzminat qarşılığında ayrılan ön xətt oyunçusu “köhlən atlar“dan böyük miqdarda pul almayacaq.

Modern.az xəbər verir ki, "Sportinfo"nun məlumatına görə, əvvəlki klubunda illik qazancı 550 min dollar olan hücumçu “Qarabağ“da bundan hardasa 3 dəfə az gəlir əldə edəcək. Onun bu 1 ildə ümumi maaşı 200 min dolları keçməyəcək.

"Qarabağ" bunadək altı legioneri - Dani Bolt, Pedro Bikalyo, Kris Kuaku, Sami Mmae, Joni Montiel və Kamilo Duranı heyətinə qatıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər