Avropanı tərk edən idmançı: Fransada dəhşətli irqçilik var idi

ABŞ-nin skeytbord komandasının üzvü Culian Aqliardi bildirib ki, Fransa komandasının heyətində yarışmaq istəyəndə irqçiliklə qarşılaşıb.

Bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir.

İdmançının atası fransız olduğundan skeytbordçu əvvəlcə bu ölkəni beynəlxalq yarışlarda təmsil etməyi planlaşdırıb.

"Mən Fransanın heyətində yarışmağa çalışdım - və bu, tam bir kabus idi", - idmançı deyib. "Far'n High" turnirində iştirak üçün Parisə getdim, Fransa yığmasının ən gənc üzvü idim. Sonda finala çıxan yeganə mən oldum. Sonra məşqçi mənə dedi: "Komanda öz çıxışından çox üzüldü, ona görə də turniri tərk edirik. Finalda oynamaq istəyirsənsə oyna, amma sonra komandadan kənarlaşdırılacaqsan". Ancaq finalda konki sürdüm", - Aqliardı vurğulayıb.

Aqliardi Fransa yığmasından uzaqlaşdırılıb. İdmançı hesab edir ki, bu qərar digər məsələlərlə yanaşı, irqçiliklə də bağlı olub. Culianın anası amerikalı, nənəsi isə çinlidir. Aqliardinin sözlərinə görə, milli komanda onun saf fransız olmadığını xatırladıb.

"Fransa yığmasında dəhşətli irqçilik var idi. Bəziləri deyirdi ki, mən sadəcə "yarı fransız"am. Nəticədə, məşqçi məni Olimpiadaya getmək üçün lazımi sayda seçmə turnirlərdə iştiraka buraxmadı. Sonra Beynəlxalq Olimpiya Komitəsindən məni Fransa yığmasından azad etməyi xahiş etdim və ABŞ yığmasına keçdim", - idmançı bildirib.

Aqliardi 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Olimpiadada ABŞ komandasını təmsil etməyi planlaşdırır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər