Futbol dünyasından iyrənirəm - Mbappe

Futbol dünyasından iyrənirəm - Mbappe"Real Madrid"in və Fransa millisinin hücumçusu Kilian Mbappe həyatındakı problemlərindən danışıb.

Avrasiya.net Oxu.az-a istinadla xəbər verir ki, futbolçu bunları "RMC Sport"a müsahibəsində deyib.

"Nə qədər çox pulunuz varsa, bir o qədər probleminiz olacaq. Bəzi insanlar həyatınızın dəyişdiyini görmürlər, sizi uşaqlıqda olduğunuz kimi, bir vaxtlar onlarla birlikdə olduğunuz kimi görməyə davam etmək istəyirlər. Amma sən artıq əvvəlki kimi deyilsən. Sənin vəzifələrin, işin, məsuliyyətin var. Əgər kimsə sizinlə həyat yolunu gedirsə, bu, gözəl hekayədir. Böyümək, yeni zirvələrə çatmaq, ailə qurmaq və möhkəm təməl qurmaq gözəldir. Amma bəzən belə olmur. Münasibətləriniz yaxşı getmədiyi üçün sevdiklərinizlə əlaqəni itirirsiniz. Bu, bir çox idmançıların və məşhurların qarşılaşdığı problemdir", - deyə Mbappe bildirib.

O, pərdəarxası intriqalara görə futbol dünyasından iyrəndiyini, ancaq idmana bağlı olduğu üçün oynamağa davam etdiyini bildirib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər