Millimiz İslandiyaya böyük hesabla məğlub oldu

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində bu gün Reykyavik şəhərində keçiriləcək İslandiya - Azərbaycan oyunu üçün start heyətləri açıqlanıb.

Avrasiya.net xəbər verir ki, komandalar Bakı vaxtı ilə saat 22:45-də start götürəcək matçda meydana aşağıdakı heyətlərlə çıxacaqlar:

İslandiya: 1. Elias Rafn Olafsson, 3. Daniel Leo Qretarsson, 5. Sverrir İnqason, 4. Viktor Palsson, 23. Mikael Ellertsson, 7. Hakon Haraldsson (k), 8. İsak Berqmann Yohannesso, 16. Stefan Tordarson, 10. Albert Qudmundsson, 11. Yon Daqur Torsteinsson, 22. Andri Qudyonsen

Ehtiyat oyunçular: 12. Hakon Valdimarsson, 13. Anton Eynarsson, 2. Loqi Tomasson, 6. Gisli Tordarson, 9. Saevar Atli Maqnusson, 14. Torir Yohann Helqason, 15. Villum Villumsson, 17. Brinyolfur Villumsson, 18. Mikael Anderson, 19. Byarki Steinn Byarkason, 20. Kristian Hlinsson, 21. Daniel Qudyonsen

Baş məşqçi: Arnar Qunnlauqsson

Azərbaycan: 1. Şahrudin Məhəmmədəliyev, 2. Rəhman Daşdəmirov, 4. Bəhlul Mustafazadə, 14. Elvin Bədəlov, 3. Elvin Cəfərquliyev, 13. Abbas Hüseynov, 6. Səbuhi Abdullazadə, 20. İsmayıl İbrahimli, 8. Emin Mahmudov (k), 10. Mahir Emreli, 19. Nəriman Axundzadə

Ehtiyat oyunçular: 12. Aydın Bayramov, 23. Rza Cəfərov, 21. Qismət Alıyev, 18. Cəlal Hüseynov, 5. Anton Krivotsyuk, 16. Ceyhun Nuriyev, 7.Anatoli Nuriyev, 11. Ozan Can Kökçü, 9. Renat Dadaşov, 17. Toral Bayramov, 22. Musa Qurbanlı, 15. Xəyal Əliyev

Baş məşqçi: Fernandu Santuş

***

Matç Bakı vaxtı ilə 22:45-də start götürüb.

Qarşılaşma Reykyavikdəki "Lauqardalsvöllur" stadionuda keçirilir.

***

İslandiya - Azərbaycan matçında hesab açılıb.

Rəqib komandanın heyətində Viktor Palsson (45+2-ci dəqiqə) fərqlənib.

***

İslandiya yığması fərqi 2:0-a çatdırıb.

47-ci dəqiqədə İsak Berqmann Yohannesson fərqlənib.

***

DÇ-2026-nın seçmə mərhələsinin D qrupunda İslandiya - Azərbaycan matçında üçüncü qol vurulub.

İsak Berqmann Yohannesson 56-cı dəqiqədə komandasının üçüncü, özünün isə ikinci qolunu vurub.

***

DÇ-2026-nın seçmə mərhələsinin D qrupunda İslandiya - Azərbaycan matçında fərq 4 topa çatıb.

***

DÇ-2026-nın seçmə mərhələsinin D qrupunda keçirilən İslandiya - Azərbaycan matçında növbəti qol vurulub.

İslandiya yığmasının heyətində Kristian Hlinisson (73-cü dəqiqə) fərqlənib - 5:0.

***

DÇ-2026-nın seçmə mərhələsinin D qrupunda Azərbaycan yığması İslandiyaya böyük hesabla məğlub olub.

Reykyavikdəki "Lauqardalsvöllur" stadionuda baş tutan qarşılaşma meydan sahiblərinin 5:0 hesablı üstünlüyü ilə başa çatıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər