"Qarabağ"ın rəqibləri müəyyən olundu
Dərc olunub:
28-08-2025, 21:31
UEFA Çempionlar Liqasında Liqa mərhələsinə adlayan "Qarabağ"ın rəqibləri bəlli olub.
Avrasiya.net xəbər verir ki, yarışın Liqa mərhələsinin püşkü Monako şəhərində atılıb.
Liqa mərhələsində "Qarabağ"ın səkkiz rəqibi olacaq. Bunlar "Çelsi" (evdə), "Liverpul" (səfərdə), "Ayntraxt" (evdə) "Benfika" (səfərdə), "Ayaks" (evdə), "Napoli" (səfərdə), "Kopenhagen" (evdə) və "Atletik Bilbao" (səfərdə) klublarıdır.
Ağdam təmsilçisi oyunlardan dördünü evdə, dördünü isə səfərdə keçirəcək.
Xatırladaq ki, ÇL-in əsas mərhələsində 36 komanda iştirak edəcək.
Son xəbərlər
