Əsas mərhələyə vəsiqə qazanan bütün komandalar bəlli oldu

Əsas mərhələyə vəsiqə qazanan bütün komandalar bəlli olduUEFA Çempionlar Liqasında (ÇL) əsas mərhələyə vəsiqə qazanan bütün komandalar müəyyənləşib.

Avrasiya.net xəbər verir ki, Azərbaycan təmsilçisi “Qarabağ” da ən güclülərin yer aldığı nüfuzlu turnirdə mübarizə aparacaq. Ağdamı təmsil edən komanda 4-cü səbətdə yer alıb. Turnirin reqlamentinə görə, püşkdə "Qarabağ" 4-ü evdə, 4-ü səfərdə olmaqla 8 rəqiblə qarşılaşacaq.

ÇL-in əsas mərhələsinin püşkatma mərasimi avqustun 28-də Bakı vaxtı ilə saat 20:00-da keçiriləcək. Əsas mərhələdə 36 komanda mübarizə aparacaq.

I səbət

PSJ (Fransa), “Real Madrid” (İspaniya), “Mançester Siti” (İngiltərə), “Bavariya” (Almaniya), “Liverpul” (İngiltərə), “İnter” (İtaliya), “Çelsi” (İngiltərə), “Borussiya” (Dortmund, Almaniya), “Barselona” (İspaniya)

II səbət

“Arsenal” (İngiltərə), “Bayer” (Almaniya), “Atletiko” (İspaniya), “Benfika” (Portuqaliya), “Atalanta” (İtaliya), “Vilyarreal” (İspaniya), “Yuventus” (İtaliya), “Ayntraxt” (Almaniya), “Brügge” (Belçika)

III səbət

“Tottenhem” (İngiltərə), “PSV Eyndhoven” (Niderland), “Ayaks” (Niderland), “Napoli” (İtaliya), “Sportinq” (Portuqaliya), “Olimpiakos” (Yunanıstan), “Bodo-Qlimt” (Norveç), “Slaviya” (Çexiya), “Marsel” (Fransa)

IV səbət

“Kopenhagen” (Danimarka), “Monako” (Fransa), “Qalatasaray” (Türkiyə), “Yunion” (Belçika), “Atletik” (İspaniya), “Nyukasl” (İngiltərə), “QARABAĞ” (AZƏRBAYCAN), “Pafos” (Kipr), “Kayrat” (Qazaxıstan).

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər