Qarabağ" Çempionlar Liqasında

UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda "Qarabağ"la "Ferensvaroş" (Macarıstan) arasında keçiriləcək cavab oyunu üçün start heyətlər açıqlanıb.

Avrasiya.net UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, komandalar bu gün Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:45-də start götürəcək matçda meydana aşağıdakı heyətlərlə çıxacaqlar.

“Qarabağ”: 99. Mateuş Koxalski, 2. Mateus Silva, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 20. Kadi Borges, 35. Pedro Bikalyo, 8. Marko Yankoviç, 10. Abdullah Zubir (k), 15. Leandro Andrade, 90. Nəriman Axundzadə.

Baş məşqçi: Qurban Qurbanov.

"Ferensvaroş": 90. Deneş Dibuş, 3. Stefan Qartenmann, 28. Toon Raemaekers, 22. Qabor Salai, 25. Cebrail Makrekis, 64. Levi, 23. Bense Etvöş, 36. Qavriel Kaniçovski, 47. Kallum O'Douda, 75. Lenni Jozef, 19. Barnabaş Varqa.

Baş məşqçi: Robbi Kin.

Qeyd edək ki, komandalar arasında ilk matçda Ağdam təmsilçisi rəqibini 3:1 hesabı ilə üstələyib.

***

Bakı vaxtı ilə saat 20:45-də "Qarabağ" - "Ferentsvaroş" matçı start götürüb.

***

"Qarabağ" - "Ferentsvaroş" (Macarıstan) oyununda hesab açılıb.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilirən matçda qonaqlar hesabda irəli çıxıblar.

14-cü dəqiqədə Qabriel Kaniçovskiy fərqlənib.

***

25-ci dəqiqədə Andrade hesabı bərabərləşdirib: 1 - 1

***

41-ci dəqiqədə Abdullah Zubir "Qarabağ"ı hesabda önə çıxarıb: 2 - 1

***

55-ci dəqiqədə Barnabas Varqa kobud oyuna görə təyin olunan penaltini qola çevirib.

***

"Qarabağ" - "Ferentsvaroş" (Macarıstan) oyununda beşinci qol vurulub.

82-ci dəqiqədə Aleks Tot cərimə zərbəsini dəqiq yerinə yetirib və qonaqlar hesabda irəli çıxıbılar.

***

UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Ferentsvaroş"u (Macarstan) iki oyunun nəticəsinə əsasən üstələyən "Qarabağ" Liqa mərhələsinə yüksəlib.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan cavab matçı qonaqların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər