Kəpəz futbol klubunun İdarə heyətinin sədri Adil Vəliyevə

Kəpəz futbol klubunun İdarə heyətinin sədri Adil VəliyevəMüraciət

Hörmətli Adil müəllim,

Biz – Kəpəz futbol klubunun çoxsaylı azarkeşləri, Sizə müraciət edərək klubumuzun yeni mövsümə hazırlıq prosesi ilə bağlı ciddi narahatlığımızı bildiririk.

Qeyd etmək istərdik ki, Kəpəz futbol klubunun yeni mövsümə hazırlıq işləri kifayət qədər məsuliyyətli və peşəkar səviyyədə aparılmayıb. Bu isə həm komandanın ümumi oyun keyfiyyətinə, həm də azarkeşlərin inamına mənfi təsir göstərməkdədir.

Xüsusilə diqqətə çatdırmaq istəyirik ki:

Transfer olunan futbolçuların fiziki və taktiki hazırlığı aşağı səviyyədədir;

Komandanın ümumi hazırlıq planı sistemli şəkildə qurulmamışdır;

Klubun adına və tarixən daşıdığı böyük ənənələrə uyğun şəkildə iş aparılmır.


Bundan əlavə, transfer məsələsində ciddi nöqsanlara yol verilməsi azarkeşlərin kəskin narazılığına səbəb olub. Sosial şəbəkələrdə bu barədə həm futbol mütəxəssislərinin, həm də sadə azarkeşlərin narazılıq dolu rəyləri açıq şəkildə görünür. Təəssüf ki, bu proses Kəpəzin imicinə ciddi zərbə vurur və komandaya inamı sarsıdır.

Hazırlıq mərhələsində buraxılan qeyri-peşəkarlıq artıq öz nəticəsini göstərməkdədir. Sumqayıt klubuna 3:0, Karvan klubuna isə 3:2 hesabı ilə məğlubiyyətlər bunun bariz nümunəsidir. Bütün bunlara görə birbaşa məsuliyyəti klubun baş məşqçisi və hazırlıq prosesinə cavabdeh şəxslər daşıyırlar.

Adil müəllim! Siz klubumuza İdarə heyətinin sədri seçiləndə biz çox sevindik ki, Sizin kimi peşəkar və tələbkar insan klubumuzun yenidən öz adını qaytarmasına ümid yaradacaq. Lakin bu günə kimi Sizin klubun bazasında olmamağınız, futbolçularla, azarkeşlərlə görüşməməyiniz ümidlərimizi puç etməkdədir. İnanırıq ki, Siz yaxın günlərdə klubun belə ağır durumunda yanında olacaq və Kəpəzi çətin vəziyyətdən çıxaracaqsınız.

Bu səbəbdən klubun hazırlıq prosesinə cavabdeh şəxslərin məsuliyyətə cəlb olunmasını, transfer siyasətində buraxılan səhvlərin dərhal aradan qaldırılmasını, həmçinin Kəpəzin tarixinə, adına və azarkeş sevgisinə layiq bir komandanın formalaşdırılması istiqamətində təxirəsalınmaz ciddi tədbirlər görülməsini Sizdən xahiş edirik.

Unutmayın ki, nə qədər ki, gec deyil, bu işdə dönüş yaratmaq mümkündür. Əks halda, azarkeşlərin ümidləri və inamı tamamilə itəcək.

Əminik ki, Sizin rəhbərliyinizlə Kəpəz futbol klubu yenidən əvvəlki şöhrətini qazanacaq və azarkeşlərin etimadını doğruldacaq.

Hörmətlə,
Kəpəz futbol klubunun azarkeşləri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər