"Qarabağ"dan səfərdə möhtəşəm qələbə...

UEFA Çempionlar Liqasının pley-off mərhələsində Macarıstanda "Ferensvaroş"la “Qarabağ” arasında keçiriləcək ilk oyun üçün start heyətləri açıqlanıb.

Avrasiya.net UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, komandalar bu gün Bakı vaxtı ilə saat 23:00-da start götürəcək matçda meydana aşağıdakı heyətlərlə çıxacaqlar.

"Ferensvaroş": 90. Denes Dibuş, 3. Stefan Qartenmann, 28. Toon Raemaekers, 22. Qabor Salai, 25. Cebrail Makrekis, 64. Aleks Tot, 23. Bense Etvöş, 36. Qavriel Kaniçovski, 47. Kallum O'Douda, 75. Lenni Jozef, 19. Barnabaş Varqa

Baş məşqçi: Robbi Kin

“Qarabağ”: 99. Mateuş Koxalski, 2. Mateus Silva, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 20. Kadi Borges, 35. Pedro Bikalyo, 8. Marko Yankoviç, 10. Abdullah Zubir (k), 15. Leandro Andrade, 90. Nəriman Axundzadə

Baş məşqçi: Qurban Qurbanov

Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 27-də Bakıda keçiriləcək.

***

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Ferentsvaroş" (Macarıstan) - "Qarabağ" matçı start götürüb.

Qarşılaşma "Qroupama Arena" stadionunda keçirilir.

Görüşü portuqaliyalı FIFA referisi Juan Pedru da Silva Pineyru idarə edir.

***

29-cu dəqiqədə rəqib komandanın oyunçusu B.Varqa hesabı açıb: 1 - 0

***

50-ci dəqiqədə Yankoviç hesabı bərabərləşdirib: 1 - 1

***

Medina 67-ci dəqiqədə "Qarabağ"ı önə çıxarıb: 1 - 2

***

85-ci dəqiqədə Musa Qurbanlı daha bir qolu "Qarabağ"ın hesabına yazdırıb: 1 - 3

***

"Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda "Ferentsvaroş"a (Macarıstan) 3:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Qalib tərəf UEFA Çempionlar Liqasının, məğlub olan isə Avropa Liqasının əsas mərhələsinə qatılacaq.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər