Futbol dünyası şokda - Ulduz futbolçu faciəli şəkildə öldü

Futbol dünyası şokda - Ulduz futbolçu faciəli şəkildə öldüFutbol dünyası portuqaliyalı hücumçu Diogo Jotanın qəfil və faciəvi ölümü ilə sarsılıb.

İngiltərənin “Liverpool” klubunda çıxış edən 28 yaşlı futbolçunun vəfatı azarkeşlər və futbol ictimaiyyəti arasında dərin kədər yaradıb.

Rəsmi məlumatlara görə, Diogo Jota keçirdiyi ağır yol qəzası nəticəsində həyatını itirib. Qəza zamanı baş verən yanğında Jotanın 26 yaşlı qardaşı Andre də onunla birlikdə həlak olub.

Qeyd edək ki, portuqaliyalı futbolçu Diogo Jota son illərdə Avropa futbolunun diqqət mərkəzində olan oyunçularından biri sayılırdı. Futbol karyerasına Portuqaliyanın “Gondomar” klubunun akademiyasında başlayan Jota daha sonra “Paços de Ferreira” klubunda peşəkar səviyyəyə keçid edib. 2016-cı ildə İspaniyanın “Atletiko Madrid” klubuna transfer olunsa da, burada əsas heyətdə az şans qazanıb. Gənc oyunçu inkişafını davam etdirmək üçün əvvəlcə “Porto”ya icarəyə verilib, daha sonra isə İngiltərənin “Wolverhampton Wanderers” klubuna keçib. Diogo Jota son illərdə “Liverpool” klubunun əsas heyət üzvlərindən biri idi.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər