UEFA "Qarabağ"a ödəniş edib
Dərc olunub:
21-06-2025, 12:04
“Qarabağ” Futbol Klubunun UEFA Avropa Liqasının 2024/2025-ci illər mövsümündə Liqa mərhələsində iştirakına görə UEFA tərəfindən ayrılmış 753.608 (yeddi yüz əlli üç min altı yüz səkkiz) avro maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə klubun hesabına köçürülüb.