Baş redaktor "Kəpəz"in rəhbərinə müraciət edib

Kəpəz Futbol Klubunun İdarə Heyətinin sədri
Hörmətli Namiq Qədirov cənablarına

Müraciət

Hörmətli Namiq müəllim,

Kəpəz futbol klubu tarixən təkcə Gəncə şəhərinin deyil, bütövlükdə Azərbaycanın futbol simvolu kimi tanınır. Klubun yenidən formalaşdırılması, idarəetmədə peşəkar yanaşmanın tətbiqi və azarkeşlərlə əlaqələrin gücləndirilməsi istiqamətində son dövrlərdə atılan addımlar təqdirəlayiqdir.

Bu baxımdan, Kəpəz futbol klubunda ictimai Şuranın yaradılması məsələsi xüsusilə aktuallaşır və mənim fikrimcə, klubun inkişaf strategiyasında prioritet istiqamətlərdən biri kimi nəzərdən keçirilməlidir. Belə bir Şura həm klub rəhbərliyi ilə ictimaiyyət arasında körpü rolunu oynayar, həm də qərarların daha şəffaf, açıq və ictimai maraqlara uyğun şəkildə formalaşmasına töhfə verər.

Təklif edirəm ki, ictimai Şuranın tərkibinə aşağıdakı qrupların nümayəndələri daxil edilsin:

Klubun futbol veteranları – illərin təcrübəsi və mənəvi irs daşıyıcıları kimi;

Fan-klub təmsilçiləri – azarkeşlərin səsinin klub rəhbərliyinə çatdırılması üçün;

Media nümayəndələri – xüsusilə yerli və ixtisaslaşmış idman jurnalistləri;

Müstəqil idman ekspertləri və ictimai xadimlər – obyektiv baxış bucağı və təkliflər baxımından.

Bu təşəbbüs Kəpəzin yalnız idman göstəriciləri ilə deyil, eyni zamanda ictimai nüfuz və ictimai etimad baxımından da möhkəmlənməsinə şərait yaradacaqdır.

Patriot News.az olaraq bu prosesə informasiya dəstəyi verməyə və ictimai rəyin formalaşmasına töhfə verməyə hazır olduğumuzu bildirirəm.

Hörmətlə,
Ceyhun Əliyev
Patriot News.az saytının baş redaktoru

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər