Milimiz finala yüksəldi - DÇ
Dərc olunub:
30-05-2025, 21:16
Azərbaycanın minifutbol millisi Bakıda keçirilən dünya çempionatında finala yüksəlib.
Avrasiya.net xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv yarımfinalda Monteneqro ilə üz-üzə gəlib.
Qarşılaşma yığmamızın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Millinin heyətində Ağaseyid Qasımov (23) və Ramiz Çovdarov (44) fərqləniblər.
Qeyd edək ki, Azərbaycan həlledici mərhələdə Macarıstan - Serbiya cütünün qalibi ilə qarşılaşacaq.