Millimiz 1/8 finala vəsiqə qazandı
Dərc olunub:
25-05-2025, 22:15
Bakıda keçirilən minifutbol üzrə dünya çempionatı davam edir.
Avrasiya.net xəbər verir ki, mundialda üçüncü turun görüşləri keçirilir.
A qrupunda mübarizə aparan Azərbaycan millisi Mavritaniya seçməsi ilə qarşılaşıb. Milli Gimnastika Arenasında təşkil edilən matç yığmanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Yeganə qolu Mirmehdi Rzayev vurub.
Beləliklə, Elşad Quliyevin baş məşqçisi olduğu yığma qrupu 7 xalla lider bitirib və 1/8 finala vəsiqə qazanıb.
Qeyd edək ki, dünya çempionatına iyunun 1-də yekun vurulacaq.