star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Minifutbol üzrə Şabran rayon çempionatının final oyunu keçirilib

08 may 2025-ci il tarixdə Şabran şəhər "Bayraq Meydanı"nda yerləşən süni örtüklü mini meydançada Şabran Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Şabran rayon Təşkilatı və Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Şabran rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş idarə, müəssisə və təşkilatlar arasında minifutbol idman növü üzrə Şabran rayon çempionatının final oyunu keçirilmişdir.

Tədbirdən əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, respublikamızın ərazi bütövlüyünün qorunması, bərpası və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Final oyununda Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov, Yeni Azərbaycan Partiyası (YAP) Şabran rayon Təşkilatının sədri Mehdi Balabəyov, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Qumru Məmmədova, Şabran şəhər bələdiyyəsinin sədri Fidan Fərzəliyeva, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat rəhbərləri, Partiya fəalları iştirak etmişdir.

Rayon çempionatında ümumilikdə 15 idarə, müəssisə və təşkilat komandaları olmaqla 165 nəfər iştirak etmişlər.

Gərgin və maraqlı keçən final oyununda “Şabran Yaradıcılıq-İstirahət Kompleksi” və “İcra Hakimiyyəti” komandaları arasındakı oyun 1-1 hesabı ilə başa çatmış, penallaşmada “Şabran Yaradıcılıq-İstirahət Kompleksi” komandası 2:0 hesabı ilə qalib gəlmişdir.
Qalib komandalar Şabran Rayon İcra Hakimiyyəti, YAP Şabran rayon Təşkilatı, Şabran şəhər Bələdiyyəsi və Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi tərəfindən kubok, medal və fəxri fərmanlarla təltif olunmuşlar.







Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər