Alman mətbuatı Mahirdən yazır

Futbol üzrə Almaniya çempionatının ikinci liqasında (Bundesliqa-2) çıxış edən “Nürnberq” klubunun sonuncu turda “Kayzerlautern” üzərində 2:1 hesablı qələbə qazandığı oyunda azərbaycanlı hücumçu Mahir Emrelinin inamlı oyunu və vurduğu möhtəşəm qol medianın diqqət mərkəzində saxlanılıb.

Avrasiya.net xəbər verir ki, “Bild” qəzetində yayımlanan məqalədə Mahir Emrelinin uzun fasilədən sonra ilk qolunu vurduğunu və bu qələbənin komanda üçün son dərəcə əhəmiyyətli olduğu qeyd edilib. Qəzet M.Emrelinin əvvəlki çətinliklərinə baxmayaraq, komandanın ehtiyaclarına cavab verdiyini və bu performansının gələcəkdə də faydalı ola biləcəyini vurğulayıb.

Futbolçu qəzetə açıqlamasında “Kaiserslautern”ə qarşı qazandıqları qələbənin komandasına daha çox inam qazandıracağını və növbəti matçlara daha hazırlıqlı çıxacaqlarını qeyd edib. O, komandasının doğru mental hazırlığa sahib olduğu təqdirdə liqada hər hansı rəqibi məğlub edə biləcəyinə inandığını ifadə edib.

“Clubfokus” platforması isə M.Emrelinin verdiyi vədlərə sadiq qalaraq, oyunda göstərdiyi performansla tənqidçilərə cavab verdiyini bildirib. Məqalədə M.Emrelinin sosial mediada ona yönələn tənqidlərə baxmayaraq, sakit və peşəkar şəkildə çalışaraq, komandasına faydalı olduğunu sübut etdiyi vurğulanıb: “Bu performans Emrelinin komanda üçün nə qədər dəyərli bir oyunçu olduğunu və gələcəkdə də onun potensialından necə faydalanıla biləcəyini göstərir”.

“Nürnberger Nachrichten” (nn.de) nəşri isə “Raket yenidən işə düşdü” başlığı ilə təqdim etdiyi yazıda futbolçunun fəallığını və əzmkarlığını ön plana çəkib. Məqalədə, M.Emrelinin həm hücumda, həm də müdafiədə göstərdiyi səylər və komanda üçün nə qədər vacib oyunçu olduğu vurğulanıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər