"Kikboksçularımızın səsi nüfuzlu yarışlardan gəlir”

"Kikboksçularımızın səsi nüfuzlu yarışlardan gəlir”Azərbaycan Kikboksinq Federasiyası ölkədə idman kütləviliyini yüksək səviyyədə təşkil edən federasiyalardan birinə çevrilib.

Bu sözləri Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Azər Aslanov bildirib.

“İstər daxildə, istərsə də xaricdə kikboksçularımız ölkəmizi ən yüksək səviyyədə təmsil edirlər. Bu gün kikboksinq idman növünə böyük maraq var. Onlarla klub fəaliyyət göstərir. Yerli turnir və çempionatları kütləvi keçir. Bu kikboksinqə böyük maraqdan irəli gəlir. Bir zamanlar xəyal kimi düşündüklərimiz bu gün reallışdığını görürük”.

A.Aslanov onu da qeyd edib ki, idmançılarımızın adı nüfuzlu turnirlərdən gəlməsi bunu təsdiqləyir.

“Bu günlərdə dünya çempionumuz Bəhram Rəcəbzadənin “GLORY”-da, Azərbaycan Kikboksinq Federasiyasının (AKF) milli yığma komandasının üzvləri, dünya çempionlarımız Anar Məmmədov və Amin Quliyev Tailandın paytaxtı Banqkokda keçirilən Dünya Kubokunda hər iki döyüşçünün nakautla parlaq qələbə qazanmaları federasiyanın idmançılarının qazandığı nailiyyətlərdən xəbər verir. Bu gün idmançılarımız qürurla bayrağımızı zirvələrə qaldırırlar. Bunlar hamısı Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin (MOK) prezidenti İlham Əliyevin apardığı uğurlu idman siyasətinin nəticəsidir. Biz də onun bir əsgəri olaraq öz töhfəmizi verməyə çalışırıq”,- deyə A.Aslsnov vurğulayıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər