"Qarabağ"dan gözlənilməz məğlubiyyət
Dərc olunub:
2-04-2025, 20:54
Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk matçı keçirilib.
Avrasiya.net xəbər verir ki, "Araz-Naxçıvan" öz meydanında "Qarabağ"a qalib gəlib. Meydan sahibləri 1:0 hesablı qələbə qazanıblar.
Günün digər qarşılaşmasında "Neftçi" "Sabah"ı qəbul edəcək. Matç saat 19:30-da start götürəcək.
Qeyd edək ki, yarımfinal mərhələsinin cavab görüşləri aprelin 23-də keçiriləcək.