UEFA Millətlər Liqası: 1/4 final və pley-off mərhələsinin ilk oyunları baş tutub
UEFA Millətlər Liqasında bu gün 1/4 final və pley-off mərhələsinin ilk matçları baş tutub.
Avrasiya.net xəbər verir ki, Türkiyə yığması "Rams Park"da Macarıstanı sınağa çəkib. "Ay-ulduzlular" 17 illik qələbə həsrətindən sonra macarlardan üstün olublar.
Azərbaycanlı futbol azarkeşlərini yaxından maraqlandıran görüşlərdən biri Xorvatiya ilə Fransa arasında baş tutub. Cütün qalibi DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan yığmasının rəqibi olacaq.
UEFA Millətlər Liqası
20 mart
1/4 final
23:45. Xorvatiya – Fransa 2:0
23:45. İtaliya – Almaniya 1:2
23:45. Niderland – İspaniya 2:2
23:45. Danimarka – Portuqaliya 1:0
A və B Liqaları
Pley-off, ilk oyunlar
21:00. Türkiyə – Macarıstan 3:1
23:45. Avstriya – Serbiya 1:1
23:45. Ukrayna – Belçika 3:1
23:45. Yunanıstan – Şotlandiya 0:1
B və C Liqaları
Pley-off, ilk oyunlar
21:00. Ermənistan – Gürcüstan 0:3
23:45. Slovakiya – Sloveniya 0:0
23:45. Bolqarıstan – İrlandiya 1:2
23:45. Kosovo – İslandiya 2:1
Qeyd edək ki, tərəflər arasında cavab görüşləri martın 23-də reallaşacaq.