"Qarabağ" 1500 manat cərimələndi
Dərc olunub:
19-03-2025, 12:51
"Qarabağ" klubu azarkeşlərinə görə 1500 manat cərimələnib.
Avrasiya.net xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
Ağdam təmsilçisinin cərimələnməsinə Misli Premyer Liqasının XXVII turunda “Kəpəz”lə matçdan sonra azarkeşlərinin pirotexniki vasitədən istifadə etmələri səbəb olub.
AFFA "Sabah"ı da cərimələyib. XXVII turda “Zirə” ilə matçda Əsasnamənin tələblərinin pozulması "Sabah”ı 500 manat ziyana salıb.