star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Azərbaycan Kuboku: Qarabağ yarımfinala vəsiqə qazanıb

Azərbaycan Kuboku: Qarabağ yarımfinala vəsiqə qazanıb"Qarabağ" futbol üzrə Azərbaycan Kubokunda yarımfinala vəsiqə qazanıb.

Avrasiya.net-in məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv 1/4 final mərhələsinin cavab oyununda "Səbail"lə üz-üzə gəlib.

Ağdam təmsilçisi rəqibini 3:1 hesabı ilə üstələyib.

13-cü dəqiqədə "köhlən atlar"ın heyətində Musa Qurbanlı hesabı açıb. İki dəqiqə sonra Rüfət Abdullazadə tarazlığı bərpa edib. 43-cü dəqiqədə "dənizçilər"də Emin Rüstəmov avtoqol müəllifi olub. 55-ci dəqiqədə Nəriman Axundzadə üçüncü topu paytaxt klubunun qapısından keçirib.

Ölkə çempionu ilk matçda da rəqibinə qalib gəlmişdi - 1:0.

"Qarabağ" yarımfinalda "Zirə" - "Araz-Naxçıvan" (ilk oyun - 0:1) cütünün qalibi ilə üz-üzə gələcək.

Bu gün saat 19:30-da "Sumqayıt" - "Sabah" qarşılaşması start götürəcək.

Qeyd edək ki, 1/4 final mərhələsinə sabah baş tutacaq iki görüşlə yekun vurulacaq.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər