Burada Sizin reklam ola bilər!

3 gün sonra medal bərbad hala düşdü - Cəfərov

3 gün sonra medal bərbad hala düşdü - CəfərovParis Olimpiadasından sonra mənim də medalım bərbad vəziyyətə düşdü.

Avrasiya.net xəbər verir ki, bu sözləri apasport.az-a açıqlamasında Paris-2024-ün yunan-Roma güləşi üzrə bürünc mükafatçısı Həsrət Cəfərov deyib.

H.Cəfərov turnirdən cəmi 3 gün sonra medalın keyfiyyətini itirdiyini bildirib:

"Vətənə qayıdanda məni qarşılayan insanlar medalımın keyfiyyətsiz olduğunu bildirdilər. Hər kəs məndən soruşurdu ki, medalın niyə bu vəziyyətdədir? Halbuki mən medalımı 3 gün öncə almışdım. Medalım cəmi 3 günə bərbad hala düşmüşdü. İndi də gün keçdikcə vəziyyət daha da pisləşir. Medalın rəngi gedir, həmçinin paslanır".

O da bir çox idmançı kimi medalını geri qaytarmağı düşünür:

"Yeni və keyfiyyətli medalla əvəz edəcəklərini bilsəm, mən də medalımı geri qaytarardım".

Qeyd edək ki, dünya üzrə 100-dən çox idmançı Paris-2024 Yay Olimpiya Oyunlarında qazandıqları medallar keyfiyyətsiz olduğu üçün medalları turnirin Təşkilat Komitəsinə göndərib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər