Burada Sizin reklam ola bilər!

Klubların dünya reytinqi: "Qarabağ" 14 pillə gerilədi

Klubların dünya reytinqi: "Qarabağ" 14 pillə gerilədiKlubların dünya reytinqi açıqlanıb, təmsilçimiz "Qarabağ" mövqeyini qoruya bilməyib.

Avrasiya.net xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) cədvəlində planetin 701 ən yaxşı komandası yer alıb.

2024-cü ilin yekunlarına əsasən, tərtib olunan siyahıda Azərbaycanı yeddi klub təmsil edib.

"Qarabağ" 168,7 xalla dünyada 81-cidir. Ağdam klubu ötən ayla müqayisədə 14 pillə geriləyib.

99,5 xalla 208-ci olan "Zirə" 11 pillə irəliləyib.

Doqquz pillə önə keçən "Sabah" 62,25 xalla 400-cüdür.

"Turan Tovuz" 53,75 xalla iki addımlıq irəliləyişlə 494-cü yerdədir.

"Neftçi" 28 pillə geriləyərək 50 xalla 537-ci sıraya düşüb.

Altı pillə irəliləyən "Sumqayıt" 48 xalla 567-cidir.

"Araz-Naxçıvan" 18 pillə geriləyib və 43,75 xalla 648-cidir.

Qeyd edək ki, cədvələ 441 xalla "Real Madrid" başçılıq edir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər